Samuxda iki mağaza yarılıb - VİDEO

Samuxda iki mağaza yarılıb - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2015 09:55 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda iki mağazadan oğurluq edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər Tamella Quliyevaya məxsus ərzaq mağazasının qapısını qıraraq içəri daxil olublar və oradan 300 manat qəpik pul 1500 manat dəyərində paltar, spirtli içki və siqaretlər aparıblar. Oğrular yaxınlıqda olan internet klubu da yarıblar. Pəncərə şüşəsini sındıran naməlum şəxslər oradan min manat dəyərində 5 ədəd kompüter aparıblar. Məlumata görə, bir necə ay öncədə sözü gedən ərzaq mağazasından oğurluq edilib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR