Moskvada pis hava şəraiti ilə bağlı avireyslər gecikmələrlə həyata keçirilir

Moskvada pis hava şəraiti ilə bağlı avireyslər gecikmələrlə həyata keçirilir
# 18 iyul 2016 13:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında yağan leysan yağışlar səbəbindən hava limanlarında avireyslərdə gecikmələr yaranıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatların yağmağa başlayan leysan yağışlar və güclü şimşək səbəbindən 30-a yaxın aviareysdə gecikmə olub.

Moskva vaxtı ilə saat 11:30-a olan məlumata görə, paytaxt aeroportları bu hava şəraitində ştat rejimində fəaliyyət göstərir. 28 aviareys 1 saata yaxın gecikir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR