Pedaqoji Universitet: Tələbələrin təklifləri dinlənildikdən sonra müvafiq qərar veriləcək

Pedaqoji Universitet: Tələbələrin təklifləri dinlənildikdən sonra müvafiq qərar veriləcək
# 21 oktyabr 2013 14:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Yaxın günlərdə etibarən Pedaqoji Universitetdə fəaliyyət göstərən 10 fakültənin tələbələri ilə ayrı-ayrılıqda görüş keçiriləcək, onların da təklifləri dinlənildikdən sonra müvafiq qərar veriləcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov deyib. O bildirib ki, universitetin rektoru Yusif Məmmədov tələbələrlə görüşüb və anlaşılmazlıq aradan qaldırılıb: “2007-ci ildən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahanlar test üsulu ilə keçirilir. Test üsulunun tətbiqində başlıca məqsəd imtahanların gedişinə hər hansı bir müdaxiləni aradan qaldırmaq olub. 2011-2012-ci il tədris ilinin yay imtahan sessiyasından başlayaraq isə Pedaqoji Universitetdə imtahanların iki mərhələdə keçirilməsinə başlanılıb. İmtahandan yaxşı və əla qiymət almaq istəyən tələbələr test üsulu ilə imtahan verdikdən sonra yazılı imtahanlara girmək imkanı əldə edirlər. Yəni həmin tələbələr eyni gündə, eyni fəndən imtahan verirlər”.

Mətbuat xidmətini rəhbəri onu da əlavə edib ki, bugünkü hadisə isə tələbələrə düzgün məlumat verilməməsi ilə bağlı baş verib: “Test üsulunun ləğvi ilə bağlı rəsmi heç nə yoxdur. Sadəcə, universitetin fakültə dekanları kafedra rəhbərləri ilə görüş keçirib. Bu barədə müzakirə aparılıb. Bu barədə konkret rəsmi qərar yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR