Kriştianu Ronaldu karyerasında 500-cü qolunu vurub

Kriştianu Ronaldu karyerasında 500-cü qolunu vurub
# 30 sentyabr 2015 21:52 (UTC +04:00)

Bakı-APA. Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldu karyerasındakı 500-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı forvard Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Malmö” – “Real Madrid” qarşılaşmasında hesabı açmaqla özü üçün rekord və yubiley müəyyənləşdirib.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu göstəriciyə karyerası ərzində klublar və yığma səviyyəsində keçirdiyi 753-cü matçında imza atıb.

Əlavə olaraq bildirək ki, bu qol həm də Kriştianonun “Real” üçün Çempionlar Liqasında vurduğu 66-cı qoldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR