Səhiyyə naziri Avropa Oyunları ilə bağlı tapşırıqlar verib

Səhiyyə naziri Avropa Oyunları ilə bağlı tapşırıqlar verib
# 21 aprel 2015 08:24 (UTC +04:00)


Bakı. Könül Kamilqızı – APA. “Səhiyyə Nazirliyi tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib. Ona görə də bütün səhiyyə müəssisələrinin rəhbərləri istər əhali, istərsə də ölkənin qonaqlarına ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir”. APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir 26 aprel 2015-ci il tarixində Bakıda ilk Avropa Oyunlarının məşəlinin yandırılacağını və onun məşhur insanlar və idmançılarla birgə Azərbaycanın bütün regionlarına, şəhərlərinə aparılacağını, həmin regionlarda bayram tədbirləri və festivallar keçiriləcəyini bildirib. O. Şirəliyev qeyd edib ki, regionlarda tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçiləri təyin edilməlidir.

Səhiyyə naziri Avropa Oyunları zamanı ölkəyə idmançılarla yanaşı, çoxsaylı izləyicilərin, media mənsublarının və digər qonaqların da gələcəyini xatırladaraq tibb müəssisələrinin gərgin iş rejimində fəaliyyət göstərməyə hazır olmasının zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR