Sabirabadda qardaş bacısını qətlə yetirib

Sabirabadda qardaş bacısını qətlə yetirib
# 11 iyul 2016 11:30 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. Sabirabad rayonunda qardaş bacısını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi rayonun Balakənd kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni bıçaqlayaraq öldürüb. Onun bacısının kürək nahiyəsinə 18 bıçaq zərbəsi endirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR