AŞPA sədri Ann Brassör: "Ukrayna böhranı ilə Dağlıq Qarabağ münaqişəsi fərqli məsələlərdir"

AŞPA sədri Ann Brassör: "Ukrayna böhranı ilə Dağlıq Qarabağ münaqişəsi fərqli məsələlərdir"
# 24 sentyabr 2014 16:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör Bakıda keçirdiyi mətbuat konfransında “AŞPA-nın Ukrayna böhranı ilə bağlı Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi haqqında qərarı Ermənistana qarşı niyə qəbul edilmir” sualını cavablandırarkən deyib.

O bildirib ki, Krımın birləşdirilməsindən sonra AŞ PA Rusiyanı səsvermə hüququndan məhrum etsə də, bu ölkənin mandatına xitam verilməyib: “Biz müzakirələrin davam etdirilməsi imkanını saxladıq. Ruslar olmadan həll yollarını tapa bilmərik".

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə A. Brassör Dağlıq Qarabağ problemi ilə Ukrayna böhranının fərqli məsələlər olduğunu, quruma üzv bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

”Əsas fərq Krımın Rusiyaya birləşdirilməsidir. Amma bu o demək deyil ki, Dağlıq Qarabağdakı vəziyyət qəbulediləndir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR