Azərbaycan prezidenti Sosialist İnternasionalının baş katibini qəbul edib

Azərbaycan prezidenti Sosialist İnternasionalının baş katibini qəbul edib
# 18 dekabr 2014 12:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

APA-nın məlumatına görə, Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının 25 illik yubiley konfransında iştirak etmək üçün Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib.

Öz növbəsində, prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR