Gəncənin şəhərsalma kadastrı yaradılır

Gəncənin şəhərsalma kadastrı yaradılır
# 29 aprel 2015 15:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətlərindən biri kimi respublika səviyyəsində dövlət şəhərsalma kadastrını yaratmaq və aparmaqdır.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədlərindən biri şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsi və onun istismara qəbulu qaydalarında aşkarlığın, şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılan, qeydiyyatdan keçirilən, mühafizə olunan şəhərsalma kadastr məlumatlarından ibarət müvafiq dövlət informasiya sisteminin yaradılmasıdır.

Bu məqsədlə 2013-cü ildə respublikada ilk dəfə olaraq pilot layihə kimi Şirvan şəhərinin şəhərsalma kadastrının yaradılmasına başlanılıb.

Komitə tərəfindən şəhərsalma kadastrının aparılması və yaradılması üzrə işlər daha da genişləndirilmiş və 2015-ci ildən Gəncə şəhərinin də şəhərsalma kadastrının yaradılmasına başlanılıb.

Hər iki şəhər üzrə işlər “İnteqris” MMC (Litva Respublikasının “HNİT-BALTİC” QSC və “Vilniaus planas” bələdiyyə müəssisəsi ilə birlikdə) tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR