“Royal Bank”ın keçmiş vəzifəli şəxsləri Ali Məhkəməyə müraciət ediblər

“Royal Bank”ın keçmiş vəzifəli şəxsləri Ali Məhkəməyə müraciət ediblər
# 20 oktyabr 2014 10:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və mənimsəmədə ittiham olunan “Royal Bank” ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseybov, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev və bankın digər vəzifəli şəxslərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verdiklərini deyiblər. Bunun üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, prosesin ilkin baxış iclasında vəkillər məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər - Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov və Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR