Azərbaycan bölgələrində aqroparkların yaradılması üçün xarici investorlar cəlb olunacaq

Azərbaycan bölgələrində aqroparkların yaradılması üçün xarici investorlar cəlb olunacaq
# 11 noyabr 2014 07:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bölgələrdə yaradılması nəzərdə tutulan aqrar parklarda kənd təsərrüfatına aid maşın və texnikalar, onların ehtiyat hissələri hazırlanacaq, gübrə və kimyəvi-mineral maddələr istehsal olunacaq.

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Komitə sədri bildirib ki, aqroparklar kənd mülkiyyətçilərinin və fermerlərin problemlərinin həll olunması, onların təsərrüfatlarının maddi-texniki bazasının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Layihəyə əsasən, xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkili də planlaşdırılır. Bu məqsədlə Azərbaycan İnvestisiya Şirkəti xarici sərmayəçilərlə birgə yeni layihələr hazırlayıb həyata keçirəcək. Bununla da xarici ölkələrdən Azərbaycana gətirilən maşınqayırma məhsullarının idxalı aradan qalxacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR