Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib
# 05 sentyabr 2015 13:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Daxili işlər naziri Ramil Usubov Şəki Şəhər Rayon Polis Şöbəsində vətəndaşları qəbul edib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 230 gənc də qəbulda iştirak edib.

Onların arasından xidmətə daha hazırlıqlı olan 40 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR