Bank Of Baku

Orta Dəhliz və regional əməkdaşlığa dair dəyirmi masa keçirilib

Orta Dəhliz və regional əməkdaşlığa dair dəyirmi masa keçirilib
# 23 sentyabr 2026 08:33 (UTC +04:00)

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Amerika-Gürcüstan Biznes Şurası Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Raşell Prays ilə Orta Dəhliz və regional əməkdaşlığa dair dəyirmi masa keçirib.

APA xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının sosial media hesabında məlumat verilib.

Müzakirələr zamanı marşrutun daha etibarlı və səmərəli fəaliyyət göstərməsi üçün zəruri investisiyalar və əməliyyat təkmilləşdirmələri diqqət mərkəzində olub.

Bu çərçivədə dəmir yolu və liman əlaqələrinin gücləndirilməsi, sərhəd prosedurlarının daha səmərəli təşkili, logistika üzrə koordinasiyanın yaxşılaşdırılması və rəqəmsallaşdırmanın genişləndirilməsi məsələləri müzakirə edilib.

Qeyd olunub ki, bu addımlar Orta Dəhlizə artan marağın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropada ticarət və investisiya imkanlarına çevrilməsinə kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR