Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Oktyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Oktyabr - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 17:22 (UTC +04:00)

Suriya sürətlə qlobal güclərin maraqlarının toqquşma məkanına çevrilir. Rusiyanın Əsədə hərbi yardımı Qərbin narazılığa səbəb olsa da, gözləntilərin əksinə olaraq ABŞ-ın reaksiyası bəyanatlardan o yana getmir. Bu hal müşahidəçilərdə sanki ABŞ-la Rusiya arasında gizli razılaşma varmış görüntüsü yaradır, amma məsələnin başqa tərəfi də var. Qərb Rusiyanın Suriya bataqlığına sürüklənməsində maraqlıdır, Moskvanın o bataqlıqdan çıxması uzun illər çəkəcək. Digər tərəfdən Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatlar Kremlin büdcəsinə ayda ən azı 3 milyard dollar zərər vuracaq. Qərbi gözləmə mövqeyi tutmağa məcbur edən məqamlardan biri də budur. Rusiya hələ də hegemon güc olduğunu isbatlamaq üçün Əsədə birbaşa hərbi yardım göstərir, amma bu taktika büdcəyə heç uyğun gəlmir. Və nəticədə Rusiyanın Suriyadakı varlığının uzun çəkəcəyi sual altında qalır. Əsədin müdafiəsinə qalxan Moskva faktiki olaraq ikinci Əfqanıstan vaqeəsinin bir addımlığındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR