ETSN: Leysan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub

ETSN: Leysan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub
# 25 noyabr 2014 11:29 (UTC +04:00)

Bakı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 24-ü gündüzdən 25-i səhərədək Lənkəran-Astara bölgəsində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 24-ü gün ərzində, noyabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə intensivləşib.

Ən çox düşən yağıntının miqdarı Lənkəranda 202 (aylıq normanın 120 faizi), Astarada 111 (aylıq normanın 72 faizi), Rvarudda (Lerik) 25 mm (aylıq normanın 45 faizi) təşkil edib.

Yağan leysan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR