Ermənistan prezidenti bu gün Rusiyaya işgüzar səfər edəcək

Ermənistan prezidenti bu gün Rusiyaya işgüzar səfər edəcək
# 10 avqust 2016 01:58 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün avqustun 10-da Moskvaya işgüzar səfər edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.

“Yüksək səviyyədə aparılacaq danışıqlar zamanı strateji tərəfdaş olan iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas məsələləri müzakirə olunacaq. Həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı məsələləri müzakirə olunacaq”, -deyə məlumatda bildirilir.

Məlumata görə, prezidentlər həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR