Xarici ölkələrdə klinik ordinatura keçmiş Azərbaycan vətəndaşlarının diplom və ixtisaslarının tanınması sahəsində daha aydın, şəffaf və hüquqi baxımdan sabit mexanizmlərə ehtiyac var.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
“Dünən Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunu uğurla tamamlamış, iki azyaşlı övladı olan 30 yaşlı bir həkim xanımın və ananın mənə rəsmi müraciəti ilə bağlı yaşanan bir hadisə, təkcə fərdi bir problem deyil, daha geniş bir sistem məsələsini bir daha gündəmə gətirdi. Bu gənc mütəxəssis artıq bir ilə yaxındır müxtəlif instansiyalara müraciət etməsinə baxmayaraq, ölkəyə qayıtdıqdan sonra ixtisasının tanınması və peşə fəaliyyətinə başlaması istiqamətində konkret nəticə əldə edə bilməyib. Rusiya Federasiyasında nüfuzlu elmi-tədqiqat institutunda klinik ordinatura (rezidentura) təhsilini uğurla başa vurmasına baxmayaraq, onun qarşısında hələ də hüquqi və inzibati qeyri-müəyyənliklər qalmaqdadır. Bu mənzərə göstərir ki, söhbət təkcə bir şəxsin sənəd və ya diplom prosedurundan getmir. Söhbət, xaricdə yüksək ixtisaslı təhsil almış, ölkəyə xidmət etmək istəyən mütəxəssislərin sistemə inteqrasiyasındakı gecikmələrdən, prosedur qeyri-müəyyənliklərindən və vahid yanaşmanın olmamasından gedir. Mövcud vəziyyət onu göstərir ki, xarici ölkələrdə klinik ordinatura keçmiş Azərbaycan vətəndaşlarının diplom və ixtisaslarının tanınması sahəsində daha aydın, şəffaf və hüquqi baxımdan sabit mexanizmlərə ehtiyac var. Əks halda, bir tərəfdən ölkədə həkim çatışmazlığından danışdığımız halda, digər tərəfdən hazır, ixtisaslı kadrların sistemə inteqrasiyasını çətinləşdirən bir mühit formalaşır. Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin mütəxəssislərindən ibarət komissiya olmasına baxmayaraq, məsələnin həllinin bəzən qeyri müəyyən qalması ciddi problemlər yaradır. Təbii ki, dövlət tərəfindən bu prosesdə sui-istifadə hallarının qarşısının alınması və keyfiyyət standartlarının qorunması vacibdir. Lakin bu, qeyri-müəyyənlik və uzunmüddətli gözləntilər hesabına deyil, ölçülə bilən, şəffaf və hüquqi cəhətdən dəqiq müəyyən edilmiş qaydalarla həyata keçirilməlidir. Bu hadisə eyni zamanda bir daha xatırladır ki, idarəetmədə ən vacib məsələ təkcə normativ aktların mövcudluğu deyil, onların insan talelərinə necə təsir etməsidir. Çünki hər bir sənədin arxasında bir həyat, bir ailə və bir gələcək dayanır. Bu məsələ hamımızı düşündürməlidir”, - deyə Rəşad Mahmudov qeyd edib.
Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
© APA | Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini
Sosial
Zelenski: Rusiyanın Kiyev vilayətinə dron hücumu nəticəsində yaşayış binası dağılıb, 14 nəfərlə əlaqə kəsilib
Tereza Mey Böyük Britaniyanın Aİ-yə qayıtması təşəbbüsünə qarşı çıxıb
ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Xəbər Lenti
Bu gün Misli Premyer Liqasında XII tura yekun vurulacaq
Hörmüz boğazında gəmi hərəkəti 15 faiz azalıb
İndoneziyada fabrik yanğınında daha çox cəsəd aşkarlanıb - YENİLƏNİB-3
Qaqauziyada seçkilərdə məğlub olan namizəd ikinci turda Fyodor Qaqauzu dəstəkləyəcək
Yəmənin paytaxtına hava zərbəsi endirilib, yaralılar var
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gürcüstanda surroqat analığın qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlanır
Finlandiya sahillərindəki Rusiya gəmisində yanğın davam edir
Zelenski: Rusiyanın Kiyev vilayətinə dron hücumu nəticəsində yaşayış binası dağılıb, 14 nəfərlə əlaqə kəsilib
Bu gün peşəkar mühasib sertifikatı imtahanı keçiriləcək
NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib
Moskva vilayətinin sakini lotereyada 7 milyon dollar udub
Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Zelenski: Rusiya bir həftədə Ukraynaya 2700-ə yaxın PUA və 165 raket atıb
Tereza Mey Böyük Britaniyanın Aİ-yə qayıtması təşəbbüsünə qarşı çıxıb
Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb
Prezident İlham Əliyev Livan lideri Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ
İran hava məkanına daxil olan kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb
Meksikada narkokartel rəhbərinin saxlanılmasından sonra şəhərdə yollar bağlanıb
Myanma ASEAN-ın ölkəyə tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib
Astarada 5 kəndin qazsız qalmasına səbəb olan qəzanın təfərrüatları məlum olub - YENİLƏNİB
Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinala yüksəlib
Qazaxda xəsarət alan iki nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
KİV: Rusiyanın Krasnodar şəhərində PUA hücumundan sonra yanğın baş verib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
COP31-də qlobal iqlim razılaşmasına doğru yeni addım atılıb
İkiqat paralimpiya çempionu İlham Zəkiyev Misirdə bürünc medal qazanıb
Bu gün İranda partlamamış hərbi sursatlar məhv ediləcək
Bəhreyn əhalini mümkün təhlükə ilə bağlı yenidən xəbərdar edib
İndoneziyada daha bir zəlzələ olub
Rütte: NATO Polşa ərazisinin hər qarışını müdafiə edəcək
İraqda elektrik stansiyasında yanğın zamanı yaralananların sayı artıb
KİV: Zelenski antikorrupsiya qurumlarına qarşı kampaniyaya başlayıb
ABŞ konqresmeni Pentaqon rəhbərinin impiçmentini tələb edib
Fitso: Slovakiya Ukraynaya 45 milyard avroluq kreditin ayrılmasında iştirak etməyəcək
Litva Rusiyanın Kalininqrad vilayətindəki dron insidentinə aidiyyəti olmadığını bildirib
"SpaceX" ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərib
Meksikada narkokartel rəhbərinin saxlanılması zamanı 4 hərbçi və 7 silahlı şəxs ölüb
WSJ: Ağ Ev ABŞ nazirinin televiziyaya çıxışına qadağa qoyub
Hindistanda saxta spirtli içkidən 18 nəfər ölüb, mindən çox şəxs xəstəxanaya yerləşdirilib
Tramp Putin və Si Cinpinlə görüşünün fotosunu Yalta konfransının görüntüsü ilə müqayisə edib
Liviyada silahlı qrup neft kəmərini bağlayıb, 30 milyon dollardan çox ziyan dəyib
“Real Madrid” öz meydanında “Selta”nı məğlub edib
Rusiya və Gürcüstan əlaqələri mərhələli şəkildə bərpa etməyə hazırdır
İranda 4,5 maqnitudalı zəlzələ olub