Bakı sakini kirayədə birlikdə qaldığı şəxs tərəfindən bıçaqlanıb

Bakı sakini kirayədə birlikdə qaldığı şəxs tərəfindən bıçaqlanıb
# 04 oktyabr 2014 07:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rövşən Edilxanov bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişlə birgə R. Bağırov küçəsindəki mənzildə kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Rəşad Novruzov yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR