Türkiyə Qəzzaya üzən elektrik stansiya göndərəcək

Türkiyə Qəzzaya üzən elektrik stansiya göndərəcək
# 19 avqust 2014 12:01 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Türkiyə hökuməti Qəzzaya üzən elektrik stansiya göndərəcək.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə lazımi formallıqlar tamamlandıqdan sonra 100 meqavatt gücündə üzən elektrik stansiya Qəzzaya göndəriləcək.

Nazir qeyd edib ki, stansiya bir balıqçı limanında dayanaraq, Qəzzadakı yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edə biləcək.

T.Yıldız fələstinli həmkarı Ömər Kittaneh ilə görüşdüyünü və bölgənin enerji problemləri barədə danışdıqlarını bildirib: “İsraildən gələn 10 xətt bombalanıb və Qəzza 120 meqavatlıq elektrik enerjisindən məhrum olub. Orda gedən təmir işləri yekunlaşana qədər, iki-üç ay ərzində əlavə dəstəyə ehtiyac duyulacaq. Hazırda üzən stansiya göndərməyimiz bu problemləri aradan qaldırmaq məqsədi daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR