“İŞİD”in Suriyadakı erməni kilsəsini partlatması ilə əlaqədar Parisdə aksiya keçiriləcək

“İŞİD”in Suriyadakı erməni kilsəsini partlatması ilə əlaqədar Parisdə aksiya keçiriləcək
# 26 sentyabr 2014 08:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası 7 oktyabr tarixində ölkə parlamenti qarşısında etiraz nümayişi keçirməyi qərara alıb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, aksiya Suriyanın Deyr-ez-Zor şəhərindəki “Müqəddəs əzabkeşlər” erməni kilsəsinin “İslam dövləti” (“İŞİD”) döyüşçüləri tərəfindən partladılmasına etiraz əlaməti olaraq keçiriləcək.

“Nouvelles d'Arménie” jurnalı yazır ki, bu kilsə “erməni soyqırımı”nın “törədildiyi” ərazilərdə yeganə memorial idi və terrorçular bu tikilini partlatmaqla “son dərəcə ağır cinayət”ə yol veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR