Bank Of Baku

TQDK-nın nümayəndə heyəti İAEA-nın İngiltərədə keçirilən konfransında iştirak edir

TQDK-nın nümayəndə heyəti İAEA-nın İngiltərədə keçirilən konfransında iştirak edir
# 05 sentyabr 2008 13:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə başda olmaqla TQDK-nın nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) sentyabrın 5-dən 14-dək İngiltərədə keçiriləcək konfransında iştirak edir. TQDK-nın İctimаiyyətlə Əlаqələr Sеktоrundan APA-ya daxil olan məlumata görə, konfransın təşkilatçısı təhsilin qiymətləndirilməsi ilə məşğul olan Avropanın ən böyük təşkilatı - Cembridge Assesment qurumudur. “Qiymətləndirmənin yeni interpretasiyası: Cəmiyyət, Ölçü və Əhəmiyyət” mövzusunda keçirilən konfransın məqsədi təhsil və qiymətləndirmə sahəsində dünyanın aparıcı mütəxəssisləri və təhsil müəssisələri rəhbərlərinin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Azərbaycan nümayəndə heyətinin konfransda iştirakı isə təhsil və qiymətləndirmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək və ölkəmizin təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasına yeni imkanlar yaratmaq məqsədi güdür.

Xatırladaq ki, TQDK 1999-cu ildən IAEA-nın üzvüdür. 2007-ci ilin sentyabrında IAEA-nın Bakıda keçirilən 33-cü beynəlxalq konfransında TQDK sədri Məleykə Abbaszadə qurumun İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR