Bank Of Baku

Azərbaycanın vəhşi təbiət ərazilərində epidemioloji baxımından təhlükəli infeksion xəstəliklərin törədiciləri yoxdur

Azərbaycanın vəhşi təbiət ərazilərində epidemioloji baxımından təhlükəli infeksion xəstəliklərin törədiciləri yoxdur
# 05 sentyabr 2008 14:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin İnkişafı Departamentinin nəzdində yaradılan Vəhşi təbiətə epidemioloji nəzarət Laboratoriyası bu ilin yanvar-avqust ayları ərzində respublikanın müxtəlif bölgələrində, xüsusən təbiət əraziləri, Milli Parklar, yasaqlıqlar, qoruqlarda və s. ümumi epizooloji və epidemioloji durumu öyrənmək məqsədilə vəhşi təbiətdən 270-dək nümunə götürərək tədqiq edib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan hissəsində bioloji ehtiyatları öyrənmək məqsədilə təşkil olunmuş növbəti ekspedisiya zamanı bir sıra müxtəlif bionümunələr yığılıb və dəniz canlıları arasında yayılma ehtimalı olan heyvanat xəstəliklərinin (taun, xlamidioz, brusellyoz və s.) mövcudluğunu araşdırmaq üçün laborator müayinələr aparılıb. Müayinələr nəticəsində hazırda respublikanın vəhşi təbiət ərazilərində epidemiya baxımından təhlükəli infeksion xəstəlik törədicilərinin yayılmadığı aşkarlanıb.
Hazırda isə laboratoriyada Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında vəhşi təbiətdən, o cümlədən qanunsuz saxlanılan yerlərdən müsadirə olunaraq saxlanılan və reabilitasiya olunan halsız, xəstə heyvan və quşlardan (canavar, çaqqal, tülkü, maral, çöl dovşanı, bildirçin, qırqovul, tüklüayaq sar, şahin, və s.) götürülən nümunələr analiz edilir. Avqustda Mərkəzdə saxlanılan heyvanlardan götürülən analizlərin təhlili nəticəsində canavarda dezinteriya bakteriyasının çubuqları, çaqqalda infeksion olmayan, lakin qastritə səbəb olan E.coli bakteriyasının titrının həddindən yüksək olmasını, PZR üsullu analiz şahinlərdə xlamidiya bakteriyasının DNT-nin mövcudluğunu aşkarlayıb. Həmin heyvanlar tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR