Bank Of Baku

Azərbaycanda məişət tullantılarının utilizasiyası üçün regional poliqon tikiləcək

Azərbaycanda məişət tullantılarının utilizasiyası üçün regional poliqon tikiləcək
# 05 sentyabr 2008 15:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Şamaxı rayonu və Şirvan şəhəri yaxınlığında məişət tullantılarının zərərləşdirilməsi və yaranacaq metanın utilizasiyasını təmin edən regional poliqonların tikintisi ilə əlaqədar açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin sentyabrın 24-dək, tender təkliflərini isə oktyabrın 6-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru oktyabrın 7-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 438-25-01.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR