Bank Of Baku

“British-Consıl intensiv elm” layihəsinin birinci fazası yekunlaşıb

“British-Consıl intensiv elm” layihəsinin birinci fazası yekunlaşıb
# 05 sentyabr 2008 15:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün “Britişh-Consıl” və Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi “British-Consıl intensiv elm” layihəsinin birinci fazasının yekun mərasimi keçirilib. APA-nın xəbərinə görə, “British Consıl“ın Azərbaycandakı proqramlar üzrə meneceri Araz Yusubov bildirib ki, layihənin birinci fazası bu ilin aprelindən həyata keçirilməyə başlayıb və bu gün yekunlaşıb. Layihə çərçivəsində keçirilən üç seminarda Azərbaycan Müəllimlər İnstitutunun və 5 universitetin 51 müəllimi iştirak edib. Layihə bp şirkəti tərəfindən maliyyələşdirilib. Layihənin ikinci fazasının bu ilin noyabrından həyata keçirilməyə başlaması nəzərdə tutulub. Tədbirin sonunda müəllimlərə sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR