Bank Of Baku

Azərbaycanda Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsinə dair tender keçirilir

Azərbaycanda Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsinə dair tender keçirilir
# 05 sentyabr 2008 15:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və yeni hücrənin tikintisi ilə əlaqədar açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin sentyabrın 24-dək, tender təkliflərini isə oktyabrın 6-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru oktyabrın 7-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 438-25-01.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR