Bank Of Baku

Vəkilliyə qəbul imtahanlarında iştirak etmək üçün 104 nəfər sənəd verib

Vəkilliyə qəbul imtahanlarında iştirak etmək üçün 104 nəfər sənəd verib
# 26 sentyabr 2008 10:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Vəkilliyə qəbul imtahanları ilə bağlı sənəd qəbulu noyabrın 15-də başa çatacaq. Vəkillər Kollegiyasının sədri Azər Tağıyevan APA-ya verdiyi məlumata görə, bu günə qədər 104 nəfər imtahanda iştirak etmək üçün kollegiyaya sənəd təqdim edib. Müraciətlərin az olduğunu deyən Azər Tağıyev sənəd qəbulu müddətinin uzadılacağını istisna etməyib. Onun sözlərinə görə, bundan əvvəlki imtahanlar iki mərhələdən ibarət olub: “Artıq prokurorluq orqanları imtahanları üç mərhələli ediblər. Amma biz hələ bu barədə hər hansı qərar qəbul etməmişik. Yəqin ki, bu məsələni biz də müzakirə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR