Bank Of Baku

Azərbaycan transsərhəd çayların çirklənmə vəziyyəti ilə bağlı son məlumatları açıqlayıb

Azərbaycan transsərhəd çayların çirklənmə vəziyyəti ilə bağlı son məlumatları açıqlayıb
# 26 sentyabr 2008 11:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür, Araz çayları və onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın ikinci ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçdiyi müşahidə olunub. Belə ki, Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə, Ağstafaçay və Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-i keçib. Biogen maddələr norma daxilində olub.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3 dəfə, mis birləşmələri 5 dəfə, I Şahsevəndə fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə, Bəhramtəpədə isə fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə YVQH-i keçib.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Bəhramtəpə və I Şahsevən məntəqələrində 1,5 dəfə YVQH-i ötüb. Buna səbəb isə Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,99-7,17 mq/l arasında dəyişərək norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR