Bank Of Baku

Bakıda Dünya Gənclərinin Məşğulluq Sammiti çərçivəsində nazirlərin konfransı keçirilib

Bakıda Dünya Gənclərinin Məşğulluq Sammiti çərçivəsində nazirlərin konfransı keçirilib
# 26 sentyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Dünya Gənclərinin IV Məşğulluq Sammiti (YES) çərçivəsində nazirlərin konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, iclasda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı sammitinin bütün dünyada gənclərin məşğulluq probleminə diqqətin yetirilməsində mühüm rol oynadığını vurğulayıb. Nazir bildirib ki, gənclərin məşğulluğu ilə bağlı problemlər özünü əsasən Asiya, Amerika və Afrika qitəsi ölkələrində göstərir.
Daha sonra konfransda iştirak edən müxtəlif ölkələrin müvafiq qurumlarının nümayəndələri çıxış edərək sammitin yekunu olaraq sentyabrın 27-də imzalanacaq Nazirlər Bəyannaməsinin mətni ilə bağlı fikirlərini bildiriblər.
A.Rəhimov nazirlərin konfransında qəbul ediləcək bəyannamədə sammitdə səslənən fikirlərin əksini tapacağını bildirib: «Sammitdə səslənən təkliflər bu sənəddə əksini tapıb. Hər bir YES sammitinin sonunda bu bəyannamə qəbul olunur».
Bəyannamədə toxunulan əsas məsələlərdən biri gənclərin təhsil almaları ilə bağlıdır.
Qeyd edək ki, sammitdə 70 ölkədən 600-ə yaxın nümayəndə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR