Bank Of Baku

Azərbaycanda gənclərin məşğulluğu üzrə dövlət proqramı hazırlanır

Azərbaycanda gənclərin məşğulluğu üzrə dövlət proqramı hazırlanır
# 26 sentyabr 2008 14:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan gənclərinin məşğulluğu ilə bağlı dövlət proqramı hazırlanır. «APA-Economics»in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib.
Proqramda Azərbaycan gənclərinin işlə təminatı, onların bilik və bacarıqlarının artırılması və s. kimi məsələlər əksini tapacaq. A.Rəhimov bildirib ki, hazırda Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə adıçəkilən sənədin layihəsini hazırlayır.
Nazir bildirib ki, proqram 2020-ci ilə qədər dövrü əhatə edəcək.
A.Rəhimov hazırda ölkədə gənclərin işlə təminatında problem görmür: «Bu gün regionlarda olimpiya idman kompleksləri tikilir. Biz bu tikinti işlərində çalışmağa işçi tapmırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR