Bank Of Baku

Azərbaycan Qadınlarının III Qurultayı başa çatıb

Azərbaycan Qadınlarının III Qurultayı başa çatıb
# 26 sentyabr 2008 15:14 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Bakıda keçirilən Azərbaycan Qadınlarının III Qurultayı başa çatıb. APA-nın məlumatına görə, qurultayda Azərbaycanın bütün bölgələrini təmsil edən nümayəndələr, Türkiyə, Rusiya, Küveyt, Gürcüstan, Litva, İordaniya və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin təmsilçiləri iştirak ediblər. Toplantıda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılıb.

Qurultayın ikinci hissəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan ombudsmanı Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə, akademik Nailə Vəlixanlı, İcra Hakimiyyətlərinin qadın müavinlərinin çıxışları dinlənilib. Qurultayda Azərbaycanın müxtəlif regionları ilə canlı bağlantılar qurulub, bölgələrdə yaşayan qadınların qayğıları, təklifləri iştirakçıların diqqətinə çatdırılıb.

Sonda Azərbaycan Qadınlarının III Qurultayının qətnaməsi qəbul olunub. Qətnamədə Azərbaycan Respublikasında həyata keçirilən qadın siyasətinin dəstəklənməsi, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında oynadığı rolunun yüksək qiymətləndirilməsi, bütün hakimiyyət orqanlarında qadınlarının təmsilçiliyinin daha genişləndirilməsi üçün tədbirlərin keçirilməsi qeyd olunub. Qurultay iştirakçılarının Azərbaycan prezidentinə ünvanladığı müraciətdə ölkədə aparılan məqsədyönlü siyasətin dəstəkləndiyi bildirilib.

Beynəlxalq təşkilatlara müraciətdə isə qərarların qəbulunda, münaqişələrin həllində qadınların iştirakının artırılması, gender bərabərliyi və sülhməramlı proseslərdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR