Bank Of Baku

Gənclər Siyasətinin İnkişafına Dəstək Fondunun əsasnaməsi hökumətə təqdim olunub

Gənclər Siyasətinin İnkişafına Dəstək Fondunun əsasnaməsi hökumətə təqdim olunub
# 31 oktyabr 2008 08:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Gənclər Siyasətinin İnkişafına Dəstək Fondunun əsasnaməsi artıq hazırdır və təsdiqlənmək üçün hökumətə təqdim olunub. Gələn ilə qədər bu istiqamətdə real addımlar atılacaq”. Bu açıqlamanı APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. Nazir müavini deyib ki, fondu yaratmaqda məqsəd özəl sektoru gənclər siyasətinin inkişafına cəlb etməkdir. “Özəl şirkətlərin Gənclər və İdman Nazirliyinə vəsait verməsi mümkün deyil, çünki nazirlik dövlət qurumudur. Bu baxımdan sponsor yardımları və beynəlxalq qurumlardan verilən qranlar yeni yaradılan fondda cəmləşə bilər”. İ. Babayevin sözlərinə görə, fond hüquqi status baxımından nazirliyin nəzdində yaradılsa da, onun idarə olunmasını gənclər təşkilatları həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR