Bank Of Baku

“Dövlət gənclər mükafatı” hər il Gənclər Günü ərəfəsində veriləcək

“Dövlət gənclər mükafatı” hər il Gənclər Günü ərəfəsində veriləcək
# 31 oktyabr 2008 09:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA “Dövlət gənclər mükafatı”nın əsasnaməsi hazırdır”. Bu barədə APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Nazir müavini deyib ki, bu mükafatın təsis olunması barəsində 5-ci Gənclər Forumunda qərar qəbul edilib. İ. Babayev bildirib ki, hazırda gənclərlə bağlı ölkə başçısının və müxtəlif nazirliklərin təqaüdləri var. “Dövlət gənclər mükafatı” təsis olunandan sonra isə bütün təqaüdlər bu mükafat çərçivəsində veriləcək. Nazir müavininin sözlərinə görə, bu mükafat ölkə prezidenti tərəfindən hər il Gənclər Günü ərəfəsində elm, təhsil, mədəniyyət, incəsənət sahələrində uğur qazanan gənclərə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR