Bank Of Baku

Gələn ildən Azərbaycanda həbsxanadan çıxmış insanlar üçün Sosial Reabilitasiya mərkəzləri tikiləcək

Gələn ildən Azərbaycanda həbsxanadan çıxmış insanlar üçün Sosial Reabilitasiya mərkəzləri tikiləcək
# 31 oktyabr 2008 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gələn ildən ölkədə penitensiar sistemdən azadlığa çıxmış şəxslər və yeniyetmələr üçün Sosial Reabilitasiya mərkəzləri tikiləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.
Nazir müavininin sözlərinə görə, penitensiar sistemdən azadlığa çıxmış şəxslər üçün Sosial Reabilitasiya mərkəzlərinin tikintisində məqsəd onların cəmiyyətə inteqrasiyasına, işədüzəltmə və digər sosial problemlərinin həllinə, mənzillə təmininə yardım etməkdir. Keçmiş məhkumlara mənzilləri olmadığı müddətdə yaşamaq üçün həmin reabilitasiya mərkəzlərində sığınacaq da veriləcək.
Bu işləri yeniyetmələrlə də aparacaqlarını deyən İ.Rəhimovun sözlərinə görə, yeni mərkəzlərin tikintisi 2009-cu ilin Dövlət İnvestisiya Proqramına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR