Bank Of Baku

İslamofobiya və ksenofobiya ilə mübarizəyə həsr olunmuş Bakı konfransında Avropa Şurasının rəsmiləri iştirak edəcəklər

İslamofobiya və ksenofobiya ilə mübarizəyə həsr olunmuş Bakı konfransında Avropa Şurasının rəsmiləri iştirak edəcəklər
# 31 oktyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Noyabrın 4-8 də Bakıda keçiriləcək “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının almasında gənclərin fəaliyyəti” adlı beynəlxalq konfransda Avropa Şurasının (AŞ) rəsmiləri də iştirak edəcək. AŞ-dan APA-ya verilən məlumata görə, tədbirdə AŞ-nin Gənclər və İdman Şöbəsinin rəhbəri Ralf-Rene Vinqartner və qurumun Gənclər Fondunun direktoru Jan Klod Lazaro qatılacaq.

Qeyd edək ki, 43 ölkədən 120-dən artıq nümayəndənin iştirak edəcəyi konfransın təşkilatçıları AŞ, Avropa Gənclər Forumu, İSESCO, “Dialoq və əməkdaşlıq uğrunda” İslam Konfransı Təşkilatının Gənclər Forumu, Azərbaycan Gənclər və İdman Nazirliyidir. Konfransda islamofobiya, antisemitizm, dini və milli zəmində qarşıdurma mövzuları müzakirə olunacaq.

Müzakirələrin yekununda “Bakı Gənclər Təşəbbüsü” adlı sənədin qəbulu nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR