Bank Of Baku

Aspiranturaya qəbul noyabrda başa çatacaq

Aspiranturaya qəbul noyabrda başa çatacaq
# 31 oktyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aspiranturaya qəbul noyabrda başa çatacaq. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətinin rəhbəri Afaq Əsədova məlumat verib. Oktyabrın 15-dən başlayan qəbulda 175 yer üçün 204 namizəd mübarizə aparır. A. Əsədovanın sözlərinə görə, aspirant olmaq istəyən namizədlər humanitar və ictimai elmlərə daha çox üstünlük verirlər. Hazırda isə AMEA strukturunda 2000-ə yaxın elmlər doktoru, 8500 elmlər namizədi var. Akademiyanın həqiqi və müxbir üzvlərinin sayı isə 200 nəfərə qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR