Bank Of Baku

Beynəlxalq Avrasiya Mətbuat Fondu qaçqınlar üçün ayrılmış yardımı paylayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu qaçqınlar üçün ayrılmış yardımı paylayıb
# 31 oktyabr 2008 13:00 (UTC +04:00)
Bakı-APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) "Lüteran Dünyası" Xeyriyyə Təşkilatı tərəfindən azərbaycandakı qaçqınlar və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımını paylayıb. Bu barədə APA-ya BAMF-in İnformasiya Departamentindən bildirilib. Məlumata görə, BAMF-ın sədri Umud Rəhimoğlu əsasən yataq dəsti, qadın və uşaq geyimləri, gigiyenik ləvazimatdan ibarət yardımların əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq, Tərtər və Füzuli rayonlarında paylandığını deyib. U. Rəhimoğlu bildirib ki, BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur: “Biz bir təşkilat olaraq artıq ikinci dəfədir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bu işi həyata keçiririk. Yardımları Tərtərdə 800, Füzulidə isə 1000 ailəyə payladıq. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR