Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi üçün yeni inzibati bina tikiləcək

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi üçün yeni inzibati bina tikiləcək
# 01 noyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Binəqədi rayon şöbəsinin yeni inzibati binasının tikintisi məqsədi ilə tender elan edib.
DSMF-dan «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyən iddiaçılar 200 manat məbləğində iştirak haqqı ödəməlidir. Tender təkliflərinin qiymətləndirilməsində mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifi, yüksək keyfiyyət, analoji işlər üzrə təcrübə, kadr potensialı, maliyyə və texniki imkanlar kimi meyarlara üstünlük veriləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün bu ilin dekabr ayının 1-dək bütün zəruri sənədləri təqdim etməlidir. Tender təklifi və bank təminatı isə dekabrın 11-dək təqdim olunmalıdır. Təkliflərin açılması prosedurası dekabrın 12-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 562 87 06.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR