Bank Of Baku

Azərbaycan Dövlət Miqrasiya Xidmətində “bir pəncərə” prinsipinin tətbiqinə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Miqrasiya Xidmətində “bir pəncərə” prinsipinin tətbiqinə həsr olunmuş dəyirmi masa keçirilib
# 08 aprel 2009 16:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Aprelin 8-də Dövlət Miqrasiya Xidmətində (DMX) 15 xarici ölkənin səfirliyinin təmsilçiləri və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyi rəhbərinin iştirakı ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd prezident İlham Əliyevin miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında bu ilin martın 4-də imzaladığı fərmanın tələbləri ilə ölkədə fəaliyyət göstərən xarici ölkə səfirlikləri və diplomatik nümayəndəliklərin təmsilçilərini, onların vasitəsilə mövcud dəyişikliklər barədə ölkədə müvəqqəti və daimi yaşayan əcnəbiləri məlumatlandırılmaq olub.

DMX rəisi Arzu Rəhimov ölkəyə gələn əcnəbilərin sayının ildən-ilə artdığını qeyd edərək, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul olunduğunu, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirildiyini nəzərə çatdırıb. O, mövcud qanunvericilik əsasında əcnəbilərin ölkədə olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən indiyə qədər bir neçə orqana müraciət etmək məcburiyyətində qaldıqlarını bildirib.

DMX rəisi qeyd edib ki, adıçəkilən fərman Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi qarşılıqlı fəaliyyətdə olan dövlət orqanlarının işində şəffaflığın təmin olunmasına xidmət edəcək.

A. Rəhimov iyulun 1-dən tətbiq ediləcək «bir pəncərə» prinsipinin tələbləri barədə iştirakçılara geniş və izahlı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR