Bank Of Baku

Cenevrədə HİV-in profilaktikası üçün antiretrovirus terapiya mövzusunda tədbiri keçiriləcək

Cenevrədə HİV-in profilaktikası üçün antiretrovirus terapiya mövzusunda tədbiri keçiriləcək
# 09 aprel 2009 11:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin mayın 5-7-də Cenevrədə (İsvecrə) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə HİV-in profilaktikası üçün antiretrovirus terapiyası mövzusunda tədbir keçiriləcək. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə bu sahə üzrə maraqlı tərəflər - tədqiqatçılar, modellin hazırlanması və planlaşdırılması proqramı və siyasəti üzrə mütəxəssislər, vətəndaş cəmiyyətinin nümayəndələri, HİV-ə yoluxan xəstələr, gender siyasətinin müdafiəçiləri, insan hüquqları və etika sahəsi üzrə ekspertlər, donorlar, təşkilatlar geniş tərkibdə toplaşacaq. Tədbirin məqsədi HİV-in profilaktikası üçün antiretrovirus terapiyası ilə bağlı məsələləri müzakirə etməkdir. Tədbirdən sonra ÜST əsas nəticə və müzakirələrlə bağlı hesabat yayacaq. Tədbirdə Azərbaycan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR