Bank Of Baku

Kürdəmir və İmişlinin bəzi kəndlərində yeni modul tipli sutəmizləyici qurğular quraşdırılıb

Kürdəmir və İmişlinin bəzi kəndlərində yeni modul tipli sutəmizləyici qurğular quraşdırılıb
# 09 aprel 2009 12:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Kürdəmir rayonunun Pirili və İmişli rayonunun Qulubəyli, Yalavac kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçiriblər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gündən quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Pirili kəndinin 2061 nəfər əhalisi gün ərzində 40 m3 su təmizləmə gücünə malik 10 bulaq, Qulubəyli kəndinin 1524 nəfər əhalisi isə gün ərzində 40 m3 su təmizləmə gücünə malik 9 bulaq, Yalavac kəndinin 2967 nəfər əhalisi gün ərzində 60 m3 su təmizləmə gücünə malik 14 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Bu tədbirlər ölkə prezidentinin 2007-ci ildə imzaladığı “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamı əsasında görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR