Bank Of Baku

Səhiyyə Nazirliyi şimal-qərb və qərb rayonlarında 9 aptekin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi şimal-qərb və qərb rayonlarında 9 aptekin fəaliyyətini dayandırıb
# 09 aprel 2009 12:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi ölkənin şimal-qərb və qərb regionlarındakı apteklərdə apardığı yoxlamaları yekunlaşdırıb. Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, yoxlamalar zamanı Qazax, Ağstafa, Tovuz, Balakən, Zaqatala və Qax rayonlarındakı 105 aptekin fəaliyyəti araşdırılıb. Onlardan 9-nun qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmin apteklərin fəaliyyəti dayandırılıb və onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi əsasında
protokollar tərtib olunub. Apteklərdən yararlılıq sertifikatı olmayan 701 seriya, müddəti bitmiş 229 seriya dərman preparatı götürülərək müsadirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR