Bank Of Baku

Azərbaycanda sertifikatsız dərmanların sayı dörd dəfədən çox azalıb

Azərbaycanda sertifikatsız dərmanların sayı dörd dəfədən çox azalıb
# 09 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ərazisində sertifikatsız dərmanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə dörd dəfədən çox azalıb. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, ötən ilin yanvar-mart ayları ərzində ölkə üzrə sertifikatsız dərmanların sayı 2960, bu ilin ilk rübündə isə 740 seriyadan çox olub. Onun sözlərinə görə, yoxlamalar zamanı sertifikatsız dərmanlar bütün apteklərdə aşkarlanır və nazirlik tərəfindən müsadirə olunaraq məhv edilir.

P. Əzizbəyov sertifikatsız dərmanların saxta dərmanlar hesab edilmədiyini də söyləyib. İnspeksiya rəisinin dediyinə görə, hazırda Azərbaycanda saxta dərman demək olar ki, yoxdur: “Sadəcə, sertifikatsız dərmanlar var. Respublikaya idxal edilərkən bütün dərmanların seriyalarından nümunələr götürülərək yoxlanılır və keyfiyyətli olduğu təqdirdə Səhiyyə Nazirliyi onların satışına icazə verir. Amma biz hüquq-mühafizə orqanı olmadığımız üçün bəzi dərmanların hansı yolla ölkəyə sertifikatsız gətirildiyini bilmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR