Bank Of Baku

Bu ilin birinci rübündə Azərbaycanda istehsalatda baş verən 53 bədbəxt hadisə nəticəsində 15 nəfər ölüb

Bu ilin birinci rübündə Azərbaycanda istehsalatda baş verən 53 bədbəxt hadisə nəticəsində 15 nəfər ölüb
# 09 aprel 2009 15:25 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. “ Cari ilin birinci rübündə respublika üzrə istehsalatda baş verən 53 bədbəxt hadisə nəticəsində 45 nəfər müxtəlif bədən xəsarətləri alıb, 15 nəfər isə dünyasını dəyişib”. APA-nın cənub bürosunun məlumatına görə, bu sözləri Lənkəranda kütləvi-informasiya vasitələri əməkdaşlarına açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəis müavini Məmməd Qazıyev deyib. Onun sözlərinə görə, statistik göstəricilərə əsasən hər ay dünyada 5 minədək insan istehsalatda baş verən bədbəxt hadisələrdən dünyasını dəyişir: “Təəssüf ki, bu arzuolunmaz faktdan Azərbaycan da kənarda qala bilməyib. Əgər 2008-ci ilin birinci rübündə respublikanın müəssisə və təşkilatlarında baş verən 69 bədbəxt hadisə nəticəsində 20 nəfər ölübsə, bu ilin müvafiq dövründə 53 bədbəxt hadisədən 15 nəfər işçi həlak olub. İstehsalatda qeydə alınan bədbəxt hadisələr daha çox tikinti sektorunun payına düşür. Məhz bu cür xoşagəlməz hadisələrin qarşısını almaq üçün Dövlət Əmək Müfəttişliyinin mütəxəssisləri mütəmadi olaraq müəssisələrdə, tikinti meydançalarında işçilərlə maarifləndirmə işləri aparır, texniki təhlükəsizlik qaydalarına riayət olunmasına ciddi nəzarət edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR