Bank Of Baku

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri Azərbaycana gələcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri Azərbaycana gələcək
# 10 aprel 2009 09:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 14-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Azərbaycan üzrə əlaqələndiricisi Andrey Çubovun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. A. Qəribovun sözlərinə görə, üç gün davam edəcək səfər Azərbaycanla BAEA arasında 2009-2011-ci illəri əhatə edən 5 layihənin müzakirəsi məqsədi daşıyır. Səfər zamanı Azərbaycanla BAEA arasında texniki əməkdaşlıq üzrə çərçivə proqramını əhatə edəcək son təkliflər paketi də hazırlanacaq.
Nümayəndə heyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, AMEA-da və Respublika Onkologiya Mərkəzində də görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR