Gələn həftə Azərbaycanda əhalinin siyahıya alınması başlayır

A.Vəliyev onu da bildirib ki, artıq bütün ölkə üzrə 19 min sayıcı məntəqəsi təşkil olunub və eyni zamanda siyahıyaalmanın aparılması üçün hər 5 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin olunub, hər 7 təlimatçı-nəzarətçidən ibarət bir siyahıyaalma məntəqəsi təşkil edilib. Məntəqələr ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərəcək. Məntəqələr sayıcı və təlimatçıların işini birbaşa koordinasiya edərək siyahıyaalmanı aparacaq. Hər məntəqə təxminən 17-18 min nəfərin siyahıya alınmasını təşkil edəcək. Bir siyahıyaalma məntəqəsində orta hesabla 35 sayıcı olacaq, bir sayıcı isə 450 nəfəri sorğu edəcək.
«Hazırlıq işləri çərçivəsində hər bir şəhər, rayon, qəsəbə və kəndin sərhədləri dəqiqləşdirilib ki, əhali qarışmasın. Bundan başqa, sxematik xəritələr və əhalisi 5 mindən çox olan qəsəbə və kəndlərin sxematik planı hazırlanıb», - deyə DSK sədri bildirib.
A.Vəliyevin sözlərinə görə, Azərbaycanda yaşayan xarici vətəndaşlar müvafiq səfirlik və konsulluqların köməyi ilə siyahıya alınacaq: «Bir ildən çox evdə olmayan şəxslər siyahıya alınmayacaq. Bu müddətdən az evdə olmayan insanlar barədə məlumat isə onların qonşu və tanışlarından dəqiqləşdiriləcək».
Siyahıya alınma anketinin suallarına gəldikdə isə, A.Vəliyev bildirib ki, anketdə 35 sual əksini tapacaq ki, bunların 29-u şəxsi (iş haqqında, məşğulluq və s.), 6-sı isə mənzil şəraitinə aid olacaq.
«Siyahıya alınmanın keçirilməsində əsas məqsəd cari uçot məlumatlarının dəqiqləşdirilməsidir. Bütün bu prosesə Azərbaycan hökuməti tərəfindən 8 mln. manat vəsait ayrılıb», - deyə A.Vəliyev qeyd edib.
Komitə sədrinin sözlərinə görə, 10 gün davam edəcək siyahıyaalma prosesindən sonra cari ilin may ayının ikinci yarısından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri DSK-ya təhvil veriləcək. Daha sonra məlumatlar kompüterə keçiriləcək. Nəticədə, ölkənin ayrı-ayrı bölgələri üzrə 10 ədəd, ümumi ölkə üzrə isə 1 ədəd kitabça çap olunacaq. Siyahıya alınma prosesi tamamilə 2010-cu ilin ortalarında başa çatacaq.
A.Vəliyev onu da bildirib ki, Azərbaycan əhalisinin siyahıya alınması zamanı məlumatları dəqiqləşdirmək mümkün olmadığından Dağlıq Qarabağda yaşayan ermənilərin sayı əvvəlki siyahıyaalmada olduğu kimi mexaniki olaraq 120 min nəfər qeyd olunacaq.
Qeyd edək ki, Azərbaycanda siyahıyaalma hər 10 ildən bir keçirilir. Bu ilin aprelin 1-nə isə ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
Xəbər Lenti
NATO Baş katibi Türkiyəyə səfər edəcək
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşüb
I sinfə qəbul prosesində prioritet məktəblərə 2 335 sorğu emal edilib
Gəncədə mənzildə partlayış olub, bir nəfər ölüb
Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabatı təhqiqat başa çatdıqdan sonra açıqlayacaq
Cəlilabadda zəncirvari qəza olub - FOTO
Kürdəmirdə qanunsuz tikili sökülüb - FOTO
Ağdamda şagirdin dərsə buraxılmamasına aydınlıq gətirilib
Güclü külək və dolu Ağdamda fəsadlar törədib - FOTO
Sabahın hava proqnozu açıqlanıb
Dövlət əmlakının özəlləşdirmə və icarəsindən büdcə daxilolmaları 40%-dən çox artıb
Məhkəmə ilk dəfə cinayət işi üzrə mediasiya yolu ilə barışıq əsasında şəxsi çəkilməmiş cəzadan azad edib
Azərbaycanın NATO-dakı Nümayəndəliyi Tanışlıq Proqramı iştirakçılarını qəbul edib
Yatırım fürsəti! İllik 15% gəlirlə FINCA Azerbaijan istiqrazları artıq satışda!
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Qeyri-sabit hava mayın 15-ə qədər davam edəcək
Sabah “Avroviziya 2025” başlayır, Azərbaycan təmsilçisi çıxış edəcək
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının məhkəməsi başlayıb
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 260 mln. manatdan çox artıb
Avropa anbarlarında qazın həcmi 46 mlrd. kubmetri ötüb
Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayır - YENİLƏNİB
Yaşar Gülər Azərbaycana gəlir
ING neftin ucuzlaşmasının Azərbaycana təsirlərini açıqlayıb
Kürdə suyun səviyyəsi 9 sm qalxıb
“Başneft” şirkətinin keçmiş prezidenti axtarışa verilib, qiyabi həbs qərarı çıxarılıb
ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq
ING: Bu il Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini endirmək imkanları məhduddur
ING Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
AK Partiya: PKK-nın özünü buraxması terrordan azad Türkiyə hədəfinə doğru mühüm addımdır
TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platforması təsis ediləcək
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin görüntüləri - FOTO - VİDEO
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb
"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Naxçıvanda evdən 22 min dollar oğurlanıb - FOTO
İsrail səfirinin Azərbaycandakı səlahiyyət müddəti yayda başa çatacaq
APA TV-də XƏBƏRAPARAN - CANLI
PKK özünü ləğv edib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib - VİDEO
Qızılın qiyməti 3 300 dollardan aşağı enib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
FHN: Ötən həftə 156 yanğına çıxış olub, 44 nəfər xilas edilib - VİDEO
Zərdabda naqil oğurlayan şəxslər saxlanılıb
Qaqauziya rəhbərinin həbs müddəti uzadıla bilər
Həftəsonu kartlardan vətəndaşların 13 min manatı talanıb
Kriptovalyuta bazarının son göstəriciləri