Bank Of Baku

Aprelin 13-də borclu abonentlərin işığı kəsiləcək

Aprelin 13-də borclu abonentlərin işığı kəsiləcək
# 10 aprel 2009 09:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC aprelin 13-ü saat 15:00-da xəbərdarlıq müddəti başa çatan abonentlərin enerji təchizatını qeyd-şərtsiz dayandıracaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Səhmdar cəmiyyətindən bildirilib ki, borclarını ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 min abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR