Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən qadın qeyri-hökumət təşkilatları Türkiyə qadınlarına müraciət edib

Azərbaycanda fəaliyyət göstərən qadın qeyri-hökumət təşkilatları Türkiyə qadınlarına müraciət edib
# 10 aprel 2009 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda fəaliyyət göstərən qadın qeyri-hökumət təşkilatları Türkiyə qadınlarına müraciət edib. APA-nın məlumatına görə, müraciət qadın təşkilatlarının bu gün keçirilən toplantısında qəbul olunub. Müraciətdə deyilir: “Azərbaycan xalqı erməni təcavüzünə qarşı mübarizədə daim qardaş Türkiyənin dəstəyinə güvənib, türk xalqının mənəvi və əməli yardımından bəhrələnib. Türkiyə hökuməti Ermənistanın əsassız iddialarına və Azərbaycan torpaqlarını işğal altında saxlamasına cavab olaraq, bu ölkə ilə diplomatik münasibət qurmaqdan imtina edib. Azərbaycan da Türkiyə Cümhuriyyətinin mənafelərini həmişə uca tutub, türk xalqına mənəvi dəstəyini əsirgəməyib. Türk birliyinin qüdrətindən çəkinən xarici qüvvələr daim Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yaratmağa çalışırlar. Təəssüf ki, son vaxtlar bu məqsədlə Ermənistandan sui-istifadə olunaraq, bölgədə əməkdaşlığın inkişafı adı altında Azərbaycan və Türkiyənin mənafelərinə zidd proseslərə rəvac verilib”. Müraciətdə daha sonra qeyd olunub ki, Ermənistanla sərhədlərin açılması məsələsinə Türkiyə qadınlarının prinsipial mövqe tutaraq etirazlarını bildirməsi vacibdir: “Biz sizləri bu məsələdə səsinizi ucaltmağa, qardaş ölkələrimizin birliyinə kölgə salan, bədxahlarımızın maraqlarına xidmət edən addımların qarşısının alınması istiqamətində səylərinizi artırmağa çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR