Bank Of Baku

Arif Vəliyev: «Azərbaycana gələnlərin sayı ölkədən gedənlərin sayını üstələyir»

Arif Vəliyev: «Azərbaycana gələnlərin sayı ölkədən gedənlərin sayını üstələyir»
# 10 aprel 2009 10:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda ölkəyə gələnlərin sayı ölkədən gedənlərin sayından çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, Azərbaycana gələnlər əsasən Türkiyə, İran, Ukrayna, Rusiya, Avropanın digər ölkələrindəndir ki, bunların çox hissəsi ölkəni turist kimi ziyarət edir: «Yaşamaq və işləmək üçün isə Azərbaycana əcnəbilər daha çox Türkiyə, İran və Ukraynadan gəlir».
Qeyd edək ki, Azərbaycanda çalışan əcnəbilərin sayı 2009-cu ilin fevral ayında 13,73% azalaraq martın 1-nə 4 400 nəfərə düşüb. Əcnəbilərin 1 400 nəfəri sənayedə, 1 100 nəfəri tikintidə, 600 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 500 nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 400 nəfəri isə təhsil sahəsində işləyir.
Bundan başqa, 2008-ci ildə Azərbaycan ərazisində müvafiq icazəsi və ya qeydiyyatı olmayan 936 əcnəbi saxlanılıb. Onlardan 330-u ölkədən çıxarılıb, 465 nəfəri isə inzibati qaydada cərimələnib. Saxlanılan əcnəbilərin əksəriyyəti Çin, İran, Pakistan, Hindistan, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrin vətəndaşları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR