Bank Of Baku

Bərdənin kəndinin adı dəyişdirilir

Bərdənin kəndinin adı dəyişdirilir
# 10 aprel 2009 10:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bərdənin Dilənçilər kəndinin adı dəyişdirilərək Çəmənli adlandırılacaq. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclasında məlumat verilib. Komissiyanın sədri Arif Rəhimzadə deyib ki, Milli Məclisə Bərdənin Zümürxaç kənd inzibati ərazi dairəsi tərkibindəki Dilənçilər kəndinin Çəmənli adlandırılması ilə bağlı təklif daxil olub. Məsələ müzakirə edildikdən sonra parlamentə tövsiyə olunub.

İclasda, həmçinin Goranboy rayonu və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. Qeyd olunub ki, Goranboyun ərazisindən 574.82 ha torpaq sahəsi Naftalanın inzibati ərazisinə verilməsi təklif olunur. Bu məsələ də baxılmaq üçün parlamentin iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR