Bank Of Baku

Bu il Azərbaycanda 23 aptekin fəaliyyəti dayandırılıb

Bu il Azərbaycanda 23 aptekin fəaliyyəti dayandırılıb
# 10 aprel 2009 12:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi bu ilin yanvar-mart ayları ərzində respublikada fəaliyyət göstərən 162 aptekdə yoxlama aparıb. Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, yoxlamalar zamanı qanunsuz fəaliyyət göstərən 23 aptek aşkarlanıb. Həmin apteklərin fəaliyyəti dayandırılıb.

Reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 701 seriya, istifadə müddəti bitmiş 229 seriya dərman preparatları aşkarlanaraq müsadirə edilib və müvafiq qaydada məhv edilib.

Qeyd edək ki, hazırda respublikada 1801 aptek fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR